Rusiyada daha 176 nəfər koronavirusdan öldübackend

Rusiyada koronavirusa yoluxanların sayı 620 min nəfəri keçib.

“Yeni Gündəm” Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 6 800 nəfər virusa yoluxub, 176 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 620 794 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 988 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 384 152 nəfər virusdan sağalıb, 227 861 nəfərin müalicəsi isə davam edir.