Rusiya Federasiyasının Krasnodar diyarının Volna qəsəbəsində, Krım körpüsünün yaxınlığında neft anbarı yanır.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Krasnodar qubernatoru Veniamin Kondratyev “Telegram” səhifəsində yazıb.
“Volna qəsəbəsində (Rusiya Federasiyasının Krasnodar diyarı) neft çənində yanğın baş verib. Yanğına ən yüksək şiddət dərəcəsi verilib. “İlkin məlumata görə, ölən və yaralanan olmayıb”, – qubernator bildirib.
Onun sözlərinə görə, yanğın qəsəbə sakinləri üçün təhlükə yaratmır.