Rusiyadan dinləmə cihazları idxal ediləcəkbackend

İran və Rusiya arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Memorandumun təsdiqlənməsindən sonra İranda vətəndaşların şəxsi məlumatlarına nəzarət güclənəcək.

Bu barədə İran parlamentinin üzvü Calal Mahmudzadə deyib.

“Yaxın gələcəkdə dinləmə avadanlıqlarının idxalı və insanların məlumatlarına nəzarət sahəsində iki ölkə arasında əməkdaşlıq genişlənəcək”,- deyə o, bildirib.

Qeyd edək ki, dekabrın 10-da İran parlamentində keçirilən plenar iclasda parlament üzvləri Rusiya ilə informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiq ediblər.

İclasa qatılan 229 millət vəkilindən 180-i lehinə, 27-si əleyhinə və 10-u bitərəf olmaqla qeyd edilən sazişin şərtləri təsdiq edilib.

Mənbə: Azad İran

Aynur Camal