İşğalçı İsrail Qəzzada dinc əhaliyə qarşı soyqırımını davam etdirərkən İsrail naziri Eliyahudan qalmaqallı açıqlama gəldi. Eliyahu Qəzzaya qarşı nüvə bombasının istifadə edilməsinin də ehtimallar arasında olduğunu bildirib.
Qatilin satqın sözlərinə cavab olaraq daha bir sərt reaksiya Rusiyadan gəlib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, “Biz bu bəyanatları təxribat xarakterli, tamamilə qəbuledilməz və müəyyən səbəblərə görə son dərəcə diqqətəlayiq hesab edirik” deyib.
Soyqırım İsrail 34 gündür ki, ABŞ-ın kölgəsində Qəzzaya ölüm yağışı yağdırır.
Bu cür bəyanatların Qəzza zolağında bütün mülki əhalinin nüvə silahı ilə təhdid edildiyi anlamına gəldiyini vurğulayan Zaxarova deyib:
“Bu, soyqırım təhlükəsidirmi? Bu cür bəyanatların heç bir əsası yoxdur və ola da bilməz. Bu cür bəyanatlar nəinki İsrailin nüvə silahına malik olduğunu təsdiqləyir, həm də onun bu silahdan qeyri-münasib ssenarilərdə istifadə imkanlarını qiymətləndirməyə hazır olduğunu göstərir”.
İsrail naziri Eliyahu bu yaxınlarda iştirak etdiyi bir radio proqramında nüvə bombasından istifadənin Qəzza üçün imkanlardan biri olduğunu söyləmişdi.
Qəzza zolağı ilə bağlı qalmaqallı açıqlamalarına verilən reaksiyalardan sonra Eliyahu bir addım geri çəkilərək nüvə bombası ilə bağlı açıqlamasının “metaforik” olduğunu müdafiə edib.
Mənbə: Ahaber
Aynur Camal