Rusiyadan təhlükəli açıqlama – “Problemi zor gücünə həll etmək olmaz!”backend

“Yeni Gündəm” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.

“Dağlıq Qarabağ münaqişəsi bölgəsində yeni gərginlik yenə də qan tökülməsinə, insan tələfatına səbəb oldu. Dağlıq Qarabağ problemini zor gücünə həll etmək olmaz. Bunun həlli yalnız siyasi-diplomatik yollarla əldə edilməlidir. Bu böhranı aradan qaldırmaq üçün bütün imkanlar işə salınmalıdır. O cümlədən ATƏT-in Minsk qrupu çərçivəsindəki vasitəçilik, yaxud ikitərəfli format da işə salınmalıdır. Ermənistanın və Azərbaycanın bizim qonşumuz və yaxın tərəfdaşımız olduğunu nəzərə almaq lazımdır”, – o, sosial şəbəkədəki səhifəsində yazıb. //Report