“Rusiyanı vurmaq üçün alman silahlarından istifadə edilməməlidir”-Şolzbackend

Almaniya kansleri Olaf Şolz deyib ki, Ukrayna Rusiya ərazisini atəşə tutmaq üçün Almaniyadan aldığı silahlardan istifadə etməməlidir.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Bendorfda (Reynland-Pfalz federal əyaləti) ictimai yığıncaqda çıxışı zamanı o qeyd edib ki, oxşar tələblər Ukraynanı silahla təmin edən digər Qərb ölkələri tərəfindən də irəli sürülüb.

Şolzun fikrincə, Kiyevə bütün lazımi dəstək göstərilməlidir, lakin eyni zamanda Rusiya ilə NATO arasında müharibənin qarşısını almaq üçün hər şey edilməlidir.

Kanslerin sözlərinə görə, Ukrayna avqust ayından etibarən Almaniya tərəfindən gətiriləcək Gepard özüyeriyən artilleriya sistemləri üçün sursat alacağını gözləyə bilər.

Şolz bildirib ki, istehsal hazırda davam edir, lakin bunun üçün bir az vaxt lazımdır.