Rusiyanın Lipetsk və Yelets şəhərlərində Qələbə Paradının keçirilməsi mümkün təxribatlara görə ləğv edilib.
“Yeni Gundem” xəbər verir ki, bu haqda Lipetsk vilayətinin qubernatoru İqor Artamonov özünün teleqram kanalında yazıb.
Qubernatorun sözlərinə görə, paradın ləğvi ilə bağlı qərar hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən operativ qərargahın iclasında qəbul edilib.
O qeyd edib ki, kütləvi tədbirlərin keçirilməsi insanlar üçün əlavə risklər yarada bilər, bununla belə, park və meydanlarda kiçik tədbirlər yenə də keçiriləcək.