Rusiyanın Estoniyaya doğru addımıbackend

Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaja Kallasın axtarışda olanlar siyahısına daxil edildiyini açıqlayıb.

Rusiya Estoniyanın baş naziri Kaja Kallası “axtarılanlar siyahısına” əlavə edib. Kallasın cinayət işi ilə bağlı siyahıya salındığı bildirilərkən, Estoniyanın xarici işlər naziri Taimar Peterkop da cinayət ittihamı ilə siyahıya əlavə edilib.

Mətbuatın yazdığına görə, Kallas Rusiya administrasiyasına qarşı açıqlamaları ilə tanınır.

Digər tərəfdən, siyahıda Litvanın mədəniyyət naziri Simonas Kayris, 2 Polşa rəsmisi və Polşa Milli Yaddaş İnstitutunun direktoru olduğu qeyd edilib.

Mənbə: TGRT

Aynur Camal