Rusiyanın iki şəhərindən Qəbələyə uçuşlar başlayırbackend

Rusiyanın “Azur Air” şirkəti paytaxt Moskvadan və Sankt-Peterburq şəhərindən Azərbaycanın Qəbələ şəhərinə uçuşların həyata keçirilməsinə dair razılıq əldə edib.

“Yeni Gündən” bu barədə “İnterfaks” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, aviareyslər bu aydan yerinə yetirilməlidir.

Report

Xatırladaq ki, “Azur Air” uçuşlara 2014-cü ildən başlayıb.