“Rusiyanın Kiyevə hücumunda istifadə edilən dronların çoxu İran istehsalıdır”backend

ABŞ dövlət katibi Antoni Blinken dünən Rusiyanın ötən həftə Ukraynanın paytaxtı Kiyevə qarşı həyata keçirdiyi ən böyük hücumunda istifadə edilən pilotsuz uçuş aparatlarının əksəriyyətinin İranda istehsal edildiyini bildirib.

“Yeni Gundem” xəbər verir ki, O, bu barədə NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində mətbuat konfransı zamanı deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də “Fox News”a müsahibəsində deyib:

“Biz İrana çoxlu mesajlar göndərmişik ki, pilotsuz uçuş aparatlarını Rusiyaya verməsinlər, onlara dron istehsalı üçün yeni fabriklər tikməyə zəmin yaratmasınlar”.

Mənbə: Azad İran

Aynur Camal