Rusiyanın Qəzzada “humanitar atəşkəs” tələb edən qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən rədd edilib.
“Yeni Gundem” xəbər verir ki, sionist işğalçı rejimin Qəzzada dinc əhaliyə qarşı bombardmanları davam edərkən, Rusiya Qəzzada “humanitar atəşkəs” tələb edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.
BMT Təhlükəsizlik Şurasının 15 üzvü tərəfindən səsə qoyulan qanun layihəsi 5 “hə” səsi, 6 “bitərəf” və 4 “xeyr” səsi ilə rədd edilib.
ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya “yox” səs verib.
Səsvermədən sonra açıqlama verən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia BMT Təhlükəsizlik Şurasının növbəti dəfə “Qərb bloku”nun eqoist siyasi maraqlarının girovuna çevrildiyini bildirib.
Nebenzia, bütün dünyanın bu gün BMT Təhlükəsizlik Şurasının qanı dayandırma qərarını gözlədiyini ifadə edərək, “Qərb ölkələri bu gözləntiləri puç etdi” deyib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Thomas-Greenfield, “Qanun layihəsində HƏMAS-dan ümumiyyətlə bəhs edilmir. Bu, HƏMAS-ı qınamaqdan yayınır. Rusiya günahsız dinc əhaliyə zülm edən terror təşkilatını ört-basdır edir” qiymətləndirməsini edib.
Mənbə: İLKHA
Aynur Camal