Rusiyanın səhiyyə naziri: Rusiya vətəndaşlar üçün psixoloji və psixiatrik yardımın əlçatanlığını artıracaqbackend

Rusiyada psixoloji yardımın əlçatanlığı artırılacaq.

“Yeni Gündəm“ RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, Rusiya vətəndaşlar üçün psixoloji və psixiatrik yardımın əlçatanlığını artıracaq.

“İlk dəfədir ki, psixoloqların köməyi tibbi yardıma daxil olur. İndi vətəndaşlar üçün psixoloji və psixiatrik yardımın əlçatanlığının artırılması üçün lazımi qərarlar qəbul edilir”, – deyə nazir bildirib.

O, bu xidmətin inkişaf etdirilməsinə ehtiyac olduğunu, bunda regionların mühüm rol oynadığını vurğulayıb. Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, son bir ildə peşəkar ictimaiyyətin fəal iştirakı ilə 20-dən çox hüquqi akt formalaşdırılıb və tibbi yardımın göstərilməsinin fundamental proseduru qəbul edilib.

Ayşən

Yenigundem.az