Rusiyaya gedən yapon deputat partiyasından qovuldubackend

Yaponiyada müxalifət cəbhəsindən olan “Nippon Isin no Kai” (JIP) deputatı Muneo Suzuki Rusiyaya gözlənilməz səfərindən sonra partiyasından xaric edilib.

“Yeni Gundem” xəbər verir ki, onun partiyası Rusiyaya keçən həftə getmişdi. Deputatın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşü reaksiyaya səbəb olub.

Partiyadaxili Etika Komitəsinin bəyanatında “qanunsuz davranış” nümayiş etdirdiyi bildirilən Muneo JİP İdarə Heyətinin qərarı ilə rəsmi olaraq partiyadan xaric edilib.

Qərarda bildirilib ki, buna Muneonun xarici ekspedisiyası və bu ekspedisiya zamanı tərəfə əvvəlcədən xəbər vermədən dediyi “iddialı bəyanatlar” səbəb olub.

Muneon ekspedisiyaya bağlı Rusiya mətbuatında dərc olunan görüntülərdə “Rusiya Ukraynaya qarşı hücumlarda qalib gələcəyinə 100% əmindir” ifadəsini işlədib.

75 yaşlı Muneonun ekspedisiyası 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna böhranından sonra Yaponiyadan Rusiyaya nümayəndənin ilk ekspedisiyası kimi qeydə alınıb.

Mənbə: TrtHaber

Aynur Camal