Rusiyaya PUA hücumubackend

Ukraynanın 25 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyaya hücumu nəticəsində 2 enerji obyektində yanğın baş verib.

Rusiya və Ukrayna arasında qarşılıqlı hava hücumları davam edir. Rusiya Müdafiə Nazirliyi, Ukraynanın gecə saatlarında 9 fərqli bölgəyə 25 pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini açıqlayıb. Açıqlamada Kursk bölgəsinin 11 raketlə, Belqorod bölgəsinin 7 raketlə, Moskvanın 2 raketlə, Oryol bölgəsinin 2 raketlə, Bryansk, Leninqrad və Tula bölgəsinin isə bir raketlə hədəfə alındığı bildirilib. Bildirilib ki, raketlər hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov verdiyi açıqlamada Ukraynaya məxsus pilotsuz uçuş aparatından atılan 4 partlayıcının evlərə və yollara ziyan vurduğunu bildirib. Gladkov hücum zamanı bir qadının yaralandığını və bəzi kəndlərdə elektrik enerjisinin kəsildiyini bildirib.

Oryol vilayətinin qubernatoru Andrey Klıçkov, Ukraynanın bölgədəki neft anbarına PUA-nın hücumu nəticəsində obyektdə yanğının baş verdiyini açıqlayıb. Klıçkov bildirib ki, ətrafdakı binalarda yaşayan 17 nəfər təxliyə edilib. Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadası göndərilib.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin də Kstovo sənaye zonasındakı yanacaq-energetika obyektinə PUA-nın hücumu həyata keçirildiyini bildirib. Hücum səbəbilə obyektdəki neft emalı zavodunda yanğının baş verdiyini qeyd edən Nikitin yanğınsöndürmə işlərinin davam etdiyini açıqlayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal