Rusiyaya soyuducuların ixracı artdıbackend

İtaliya Rusiyaya soyuducular ixracını artırıb.

İtaliya-Rusiya Ticarət Palatasının (IRCC) rəhbəri Ferdinando Pelazzo RİA Novosti-yə bildirib ki, bu sənayedə ixracın ümumi azalmasına baxmayaraq, İtaliya Rusiyaya daha çox qida emalı avadanlığı və soyuducu tədarük etməyə başlayıb.

“Amma biz görürük ki, ümumi azalmaya baxmayaraq, qida emalı avadanlığı və soyuducuların ixracı artmağa başlayır. İtalyanlar əvvəlkindən daha çox satmağa başlayır. Aydındır ki, bu, səciyyəvi bir italyan biznesidir, lakin bu, artıq yaxşı siqnaldır ki, bir növ İtaliyadan ixrac canlanır”, – Pelazzo bildirib.

İRTİ rəhbəri vurğulayıb ki, bu kateqoriyaların ixracı sanksiyalara tam əməl etməklə artır, “hər şey şəffaf və qanunidir”.

O həmçinin xatırladıb ki, Rusiyaya qarşı qoyulan sanksiyalar səbəbi ilə İtaliyadan Rusiyaya avadanlıq ixracı azalmaqda davam edir, çünki bu kateqoriya malların bir çox komponentləri var ki, onların bəziləri ikili təyinatlı mallardır.

Mənbə: mail.ru

Aynur Camal