Rusiya Federasiyasının Daimi Nümayəndəliyi rusiyalı nümayəndələrə vizaların verilməməsi ilə bağlı YUNESKO-ya müraciət edib.
Rusiya nümayəndə heyətinin rəhbəri və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin YUNESKO-nun rəhbəri Odri Azule ilə Rusiya Federasiyasından olan nümayəndələrə vizaların verilməməsi məsələsini müzakirə edəcək.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəliyindən məlumat verilib.
“Nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Aleksandr Pankin və UNESCO-nun baş direktoru Odri Azule arasında sabah görüş planlaşdırılır”, – nümayəndəlikdən bildirilib.
Daimi nümayəndəliyin qeyd etdiyi kimi, Fransa Rusiya nümayəndələrinin akkreditasiyasına baxmayaraq, viza vermədi ki, bu da “Rusiya tərəfinin YUNESKO-dakı işini çətinləşdirmək” məqsədi daşıyır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Fransa vizaları vaxtında verməməklə Rusiya nümayəndələrinin YUNESKO Baş Konfransının 42-ci sessiyasının iclaslarında iştirakını pozub. Onun sözlərinə görə, öhdəliklərə əməl edilməməsi “sistemik xarakter alıb”.
Mənbə: Lenta.Ru
Aynur Camal