“Ruslar İraq neftinə şirniklənərək İranı tərk etdilər”backend

“Həmmihən” qəzeti yazır ki, İranın Neft Kəşfiyyatı və Hasilatı Şirkətləri Assosiasiyasının baş katibi Elina Baqeri qəzetə müsahbəsində deyib:

“İranla bağlanan 120 milyard dollarlıq müqavilə ilə neft-qaz sahəsinə sərmayə qoymalı olan ruslar İraqın şirnikləndirici təklifi ilə İranı tərk edərək vəsaitlərini İraqa aparıblar”.

Qəzetin məlumatına görə, bütün ölkələrin qapılarının onların üzünə bağlandığını düşünən Rusiya, İranı uyğun yer olaraq görürdü, lakin İranın neft müqavilələrinin şərtləri rusları İrandan uzaqlaşdırdı və bu gün onların İraqa sərmayə qoyduğu müşahidə edilir.

Mənbə: Azad İran

Aynur Camal