Rusiya qoşunlarının Ukraynadakı döyüş bölgəsindəki Şərq qruplaşmasının komandiri, general Rüstəm Muradov tutduğu vəzifədən uzaqlaşdırılıb.
“Yeni Gundem” xəbər verir ki, general Muradov “Vostok” birləşmiş dəstəsi Uludar istiqamətində hücum əməliyyatları zamanı böyük problemlər yaşayıb.
Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, 50 yaşlı R.Muradov 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinə komandirlik edib.
Fərahim Rəhimov