Saakaşvili prezidentdən əfv dilədibackend

Saakaşvili Gürcüstan prezidentini onu əfv etməyə və xaricə azad etməyə çağırıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili indiki prezident Salome Zurabişviliyə müraciət edərək, hüququndan istifadə edib onu əfv etməsini istəyib.”

“Xanım Zurabişvili əfv etmək hüququndan istifadə edib, bir qələm zərbəsi ilə övladlarımın atasını qaytara və Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər. Bunun üçün onun kifayət qədər cəsarəti var”, – Saakaşvili bazar ertəsi məhkəmədə bildirib.

Eks-prezident əlavə edib ki, reabilitasiya üçün xaricə buraxılmalıdır.

Xatırladaq ki, Saakaşvili Gürcüstana 29 sentyabr 2021-ci ildə gəlib. Oktyabrın 1-də o, aclıq aksiyası keçirdiyi Rustavi şəhərində saxlanılaraq həbsxanaya yerləşdirilib. Noyabrın 20-də Saakaşvili Qoridəki hərbi hospitala köçürülüb və orada aclıq aksiyasına son qoyub. 2022-ci il mayın 12-də Saakaşvili hazırda qaldığı Tbilisidəki “Vivamed” mülki klinikasına yerləşdirilib.

Gürcüstanda Saakaşvili bir neçə cinayət işi ilə üz-üzədir. Saakaşvili həbsini qanunsuz hesab edir. Məlumata görə ona qarşı irəli sürülən ittihamlar saxtalaşdırılıb.

Mənbə: İnterFax

Aynur Camal