Saat 22:00-dan 07:00-dək səs-küy salmaq qadağan edilirbackend

Rusiyada vətəndaşların sakitliyə riayət edilməsi haqqında qanun layihəsi Federasiya Şurasında dəstəklənib. Konkret.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Belə ki, yeni qanun layihəsi bütün regionlarda saat 22:00-dan 7:00-a qədər səs-küyə qadağa qoyulmasını, iş günlərində isə iki saatlıq fasilə ilə səhər saat 9:00-dan 19:00-a qədər tikinti işləri üçün vaxt təyin etməyi təklif edir.

“Çoxmənzilli binalarda yaranan səs-küy problemi bütün sakinləri narahat edir. Rusiya Federasiyası qanunların təsirinə baxmayaraq, bu problem qalmaqdadır. Bu məsələni tənzimləyən vahid qanun lazımdır”, – Federasiya Şurasının üzvü Anatoli Artamonov bildirib.

Qanunvericilərin fikrincə, vahid normanın tətbiqi insanların həyatını asanlaşdıracaq.

Qeyd edək ki, 28-55 yaş arası kişi və qadınlar arasında aparılan sorğunun nəticələrinə görə, vətəndaşların 60%-dən çoxu səs-küylü qonşulardan əziyyət çəkir.