Kətanda Pikassonun sevimli Marie-Therese Walter qol saatı ilə təsvir edilmiş əsəri hərraca çıxarılıb.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Pablo Pikassonun “Saatlı qadın” əsəri Sotheby’s hərrac evinin saytında hərracda 139,364 milyon dollara satılıb.
Sözügedən əsərdə Pikassonun sevgilisi Mari-Terez Uolter qol saatı ilə təsvir olunub.
Əsərin nə məna kəsb etdiyini bildirən Pikasso tədqiqatçısı Lidiya Qasman, saatın rəssam üçün xüsusi bir məna daşıdığını və onun təsvirinin “zamanın aşındırdığı sevgi” ilə əlaqəli olduğunu irəli sürüb.
Məlumata görə, 1966-cı ildə “Saatlı qadın” Bazeldəki Beyeler qalereyası tərəfindən Pikassodan alınıb. 1968-ci ildə rəsm Nyu Yorkdakı Pace Qalereyasının kolleksiyasına daxil olub.
1968-ci ilin noyabrında rəsm məşhur amerikalı kolleksiyaçı Emili Fişer Landau tərəfindən alınıb. Yarım əsrdən çoxdur ki, rəsm Nyu-Yorkdakı mənzilində şkafın üstündən asılıb. 2023-cü ilin martında Landau 103 yaşında vəfat edib.
Sotheby’s hərrac evi onun kolleksiyasının bir hissəsini – təxminən 400 milyon dollar dəyərində olan 120-yə yaxın əsəri satmaq hüququ əldə edib.
Mənbə: mail.ru
Aynur Camal