Saatlı rayonunda azyaşlı su kanalında boğulub.
“Yenigundem”in Trend-ə istinadən məlumatına görə, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.
Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Azyaşlı hadisə yerində boğularaq ölüb.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.