Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQbackend

Bakıda və Abşeron yarımadasında noyabrın 23-ü gün ərzində şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında da noyabrın 23-ü gün ərazində bəzi yerlərdə qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.