“Sabitlik davam edərsə, faiz dərəcəsəinin azaldılması və ya artırılması imkanını nəzərdən keçirəcəyik”backend

Mərkəzi Bank faiz dərəcəsinin hər hansı konkret faizinə nail olmağı qarşısına hədəf olaraq qoymur.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

“Təkrar maliyyələşdirmənin faiz dərəcəsini artırmaqla və ya azaltmaqla biz inflyasiyanı saxlayan və yüngülləşdirən maliyyə bazarına səmərəli təsir göstəririk. Bazarın sabit olduğunu görürüksə, istər iqtisadiyyata, istərsə də inflyasiyaya mənfi təsir müşahidə olunmur, yəni trayektoriya müsbətdir. Bu zaman fasilə veririk. Sabitlik davam edərsə, faiz dərəcəsəinin azaldılması və ya artırılması imkanını nəzərdən keçirəcəyik”, – o deyib./Trend