Son xəbərlər… İsrail Qəzzada törətdiyi kütləvi qətllərə bir yenisini əlavə etdi.
“Yeni Gundem” xəbər verir ki, İşğal ordusuna aid döyüş təyyarələri Səbra məscidinə namaz qılınarkən havadan hücum edib. Hücum nəticəsində azı 50 nəfər həlak olub. Xan Yunisdə telekommunikasiya qüllələrinə edilən növbəti hücumda isə bir uşaq həlak olub.
İsrailin Fələstin xalqına sağ-salamat getməsi üçün siqnal verdiyi Cənub bölgəsində iki hücum Tel-Əvivin qaranlıq soyqırım niyyətlərini bir daha ortaya qoydu.
İsrail ordusunun Qəzzaya qarşı vəhşicəsinə hücumunun 41-ci günündə də intensivliyi artmağa davam edir.
Xatırladaq ki, oktyabrın 7-dən etibarən Qəzza zolağına davamlı olaraq havadan bombalar yağdıran İsrail ordusu planın ikinci mərhələsinə keçərkən bölgədə tank və zirehli texnika ilə dağıntı və qırğınları davam etdirir.
Daha əvvəl hücumları bölgənin şimalında cəmləşdirən və təhlükəsiz hesab etdiyi cənub bölgələrinə köçmək üçün Fələstin xalqına təzyiq edən Tel-Əviv rəhbərliyi indi də bu bölgəni hədəf almağa başlayıb.
Fələstin dövlət xəbər agentliyinin məlumatına görə, hücum mühasirəyə alınan ərazinin mərkəzində yerləşən Əl-Səbra məhəlləsindəki məscidi hədəf alıb.
Wafa müxbiri onlarla insanın da yaralandığını bildirib. Wafa, Qəzza zolağının cənubundakı Xan Yunisdə telekommunikasiya qüllələrinə edilən ayrı-ayrılıqda hücumda ən azı bir uşağın öldüyünü açıqlayıb.
Hər iki məntəqə İsrailin hücumlarını intensivləşdirdiyi Qəzzanın cənubunda və İsrailin fələstinli mülki insanları öz təhlükəsizlikləri üçün köçməyə təşviq etdiyi ərazilərdədir.
Digər tərəfdən Şifa xəstəxanasına qarşı qanlı əməliyyatın əks-sədası davam edir.
Dünən İsrail ordusu HƏMAS üzvlərinin içəridə olması bəhanəsi ilə xəstəxanada əməliyyat keçirib və orada sığınan yüzlərlə mülki şəxslə xarici dünya ilə əlaqəni kəsib.
İsrailin HƏMAS-ın əsas qərargahı olduğunu iddia etdiyi Qəzzada Şifa xəstəxanasını işğal etdikdən sonra tunellər və sursat anbarları əvəzinə binada tapdığını iddia etdiyi paslı silahları və bir neçə kameranı sübut kimi təqdim etməsi tənqidlərə səbəb olub.
Görüntülərdə tunellər və ya gizli keçidlər kimi sabit xüsusiyyətlər və ya xəstəxananın HƏMAS-ın qərargahı olduğunu göstərən israilli məhbuslarla bağlı hər hansı bir dəlil aşkar edilməyib. Zəif dəlillər İsrail mətbuatında da tənqid mövzusu olub.
İsrailli jurnalist və təhlükəsizlik analitiki Yossi Cohen X sosial media platformasındakı paylaşımında “Şifa (Xəstəxana) haqqında pis hisslər keçirdiyini” qeyd edib. İsrailin “görünməmiş uşaqcasına uydurmalar” təqdim etdiyini bildirən Koen, “Beləliklə, (İsrailli) girovlar və terrorçular orada tapılmayıb.
İndi də ordu sözçüsü Şifaya girdiklərini, çünki bura HƏMAS-ın qərargahı olduğunu və silahların olduğunu söyləyib” deyib.
İsrailin Kanal 13 televiziyası da “İsrailin böyük kəşfiyyat uğursuzluğu” şərhini verib və “İsrail ordusunun iddialarının əksinə olaraq, Şifa xəstəxanasında hər hansı bir hərbi obyektin olduğuna dair heç bir işarə yoxdur” deyilib.
İsrailin sağçı Jerusalem Post qəzeti də Şifa xəstəxanasına basqın zamanı İsrail ordusunun gəldiyi nəticəni “məyusedici” adlandırıb.
Hərbi əməliyyatla bağlı Fələstinin Səhiyyə Naziri Mey Keyle isə “Şəfa Kompleksində tibb işçilərinin, xəstələrin və köçkünlərin həyatına tam cavabdeh olan işğal qüvvələridir” deyib.
Mənbə: TGRT
Aynur Camal