Şagirdi döyülən məktəbin rəhbəri Lent.az-a danışdı: “Xəbərimiz var idi” – VİDEObackend

Bakıda şagirdləri arasında amansız dava düşən məktəbin rəhbəri hadisəni çəkən şagirddən danışıb. O deyib ki, şagird tədris ocağına iki telefonla gəlibmiş.

Sabunçu rayon 112 saylı tam orta məktəbin direktor əvəzi Mustafayeva Lətifə Lent.az-ın əməkdaşına hadisə barədə geniş açıqlama verib.