Şagirdlər üçün yeraltı məktəb tikilirbackend

Ukraynanın ikinci böyük şəhəri Xarkovda tikilməkdə olan ilk yeraltı orta məktəbin açılışı mart ayında keçiriləcək.

Unian Xəbər Agentliyinin xəbərində, Rusiya sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Xarkov Sənaye Bölgəsindəki yeraltı məktəbin ventilyasiya və kanalizasiya sisteminin tamamlanma mərhələsində olduğu bildirilib.

Xəbərdə məktəbin mart ayında istifadəyə veriləcəyi, şəhərin mərkəzində və Xarkova yaxın Korotiçi qəsəbəsində yeraltı məktəblərin tikintisinin nəzərdə tutulduğu bildirilib.

Tələbələrin raket hücumlarına qarşı təhlükəsizliyini təmin etmək üçün alınan qərarla Xarkov rəhbərliyi 2023-cü il sentyabrın 1-dən metro stansiyalarını sinif otağı kimi istifadə edir.

Mənbə: TGRT

Aynur Camal