Sağlam olduğu düşünülür, amma əslində zəhər yayır!backend

Yavaş-yavaş bədəni öldürür.Hazır yeməklər yemək vərdişi artsa da, onların orqanizmə vurduğu zərərlər hər keçən gün daha aydın görünür. Bu qidalar demək olar ki, bütün xəstəliklərdən məsuldur.

“Yeni Gundem” xəbər verir ki, A-haber saytı dünyanın ən zərərli qidalarının siyahısını təqdim edib…

Xüsusilə iri müəssisələrdə istifadə olunan hidrogenləşdirilmiş yağlar, yəni maye yağın xüsusi üsullarla bərkidildiyi yağlar orqanizmə zərər verə bilər.

Sənaye trans yağlarının zərərləri də son illərdə aktual mövzu olub və Ümumdünya Səhiyyə Təşkilatı sənaye trans yağlarının tamamilə aradan qaldırılması üzərində işləyir. Restoranlarda qızartma yağlarının dəyişdirilmədən uzun müddət istifadə edilməsi də onların daha çox zərərli olmasına səbəb olur. Ən sağlam qızartma az miqdarda zeytun yağı ilə və unsuz qısa müddətdə edilən qızartmadır.

Ağ şəkər- şəkər çuğundurundan əldə edilir və fruktoza və qlükozadan ibarətdir. Tərkibində zülal, yağ, vitamin və mineral yoxdur. Bundan əlavə, qızartma nəinki yeməyin faydalı tərkibini məhv edir, hətta onun zərərli olmasına səbəb ola bilər.

Əksər dietoloqlar bədənin zərif ağ şəkərə ehtiyac duymadığını iddia edirlər. Yüksək miqdarda ağ şəkər qaraciyərə lazımsız yük verir və bir çox xəstəliklərin riskini artırır.

Süni tatlandırıcılar arasında ən zərərli olduğu düşünülən və tədqiq edilən maddələr asesulfam kalium, monosodium glutamat, sukraloza, aspartam və natrium benzonatdır.

Ağ şəkəri azaltdığınız zaman vücudunuz taxıl və paxlalı bitkilərdən ala biləcəyiniz şəkəri sağlam şəkildə istifadə edə bilər və şəkər ehtiyacınız qarşılanar.

Süni tatlandırıcıların yerinə kokos şəkəri, ağcaqayın siropu və bal kimi təbii tatlandırıcılardan istifadə etmək olar. Bununlardan belə, çox istifadə edildikdə zərərli ola biləcəyinə dair ekspert rəyləri də var.

Ümumdünya Səhiyyə Təşkilatı normal şəkərin gündə 25 qramı keçməməli olduğunu deyir.

Ümumiyyətlə, qablaşdırılmış qidaların əksəriyyətinin saxlama müddətini uzatmaq üçün onlara əlavə edilən zərərli maddələr bu məhsulları sağlamlığa zərərli edir. Məsələn, çipslərdə olan monosodium glutamat hətta siqaretin təsirini də yarada bilər. Hazır çipslərin yerinə incə dilimlənmiş kartofdan və ya sobada lavaşdan təbii çipslərinizi hazırlaya bilərsiniz.

Çoxumuza məlumdur ki, bütün yağlar içərisində marqarin ən zərərlidir. Marqarin istehsalında istifadə olunan trans yağ, kalium sorbat, trans yağ, soya yağı və qida boyaları bu məhsulu zərərli edir.

Marqarin yerinə mümkün qədər təbii bitki yağlarından istifadə etmək daha sağlamdır. Yüksək fruktozalı qarğıdalı siropu, aspartam, fenilalanin, saxaroza, ageve, kalium bromat, süni tatlar və rəngləndiricilər, bromlu bitki yağı, BHA və BHT ən zərərli əlavələrdir.

Alış-veriş edərkən inqrediyentlər bölməsini oxumaq faydalı olacaq. Süd və süd məhsulları kimi şübhə etmədiyiniz qidalar belə qablaşdırıldıqda zərərli ola bilər.

Əsas qida qaynağımız olan çörəklərdə daha çox ağ undan istifadə olunur, lakin təəssüf ki, buğdadan hazırlanan ağ un çörəkləri məzmunca çox zəifdir və çox da faydalı deyil.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağ unun tərkibindəki xlor dioksidinə görə də zərərli olma potensialı var. Hazırkı ağ unla hazırlanan qidaların əksəriyyətinin qanla qarışma və şəkər balansını pozma riski var.

Mənbə: A-haber

Aynur Camal