Şahzadə Diananın daha bir geyimi hərraca çıxarıldıbackend

Şahzadə Diananın jurnal çəkilişində geyindiyi kofta və gecə paltarı hərraca çıxarılır. Fırfırlı yaxalıqlı və ön tərəfində çoxlu bükülmə olan çəhrayı krep koftanın 80 min ilə 100 min dollar arasında satılacağı təxmin edilir.

“Yeni Gundem” xəbər verir ki, Şahzadə Diananın 1981-ci ildə “Vogue” jurnalı çəkilişində geyindiyi çəhrayı yaxalıqlı və ön tərəfində bol büzməli krep kofta Britaniyanın Julien’s Auctions hərrac evi tərəfindən satışa çıxarılacaq. Təxmini qiyməti 80 min ilə 100 min dollar arasında olan libas, Diananın şahzadə Çarlzla toyunda geyindiyi məşhur gəlinlik kimi David və Elizabet Emanuel tərəfindən hazırlanıb.

Diananın 1981-ci ilin fevralında “Vogue” jurnalı çəkilişlərində geyindiyi şifon kofta onun “nişan paltarı” kimi tanındı, çünki şəkillərin dərci onun şahzadə Çarlzla nişanlandığını elan etdiyi vaxta təsadüf etmişdi.

Bildirilib ki, hərrac çərçivəsində həmçinin Mərakeşli modelyer Jak Azagurinin dizayn etdiyi Diananın geyindiyi gecə paltarı 100 min ilə 200 min dollar arasında satışa çıxarılacaq.

Mənbə: TGRT

Aynur Camal