Şahzadə Diananın geyimləri hərraca çıxarılıbbackend

Şahzadə Diananın üç paltarı ABŞ-da hərraca çıxarılıb.

“Yeni Gundem”in əldə etdiyi məlumata əsasən, Qırmızı paltarın 200-300 min dollara alıcı tapacağı gözlənilir.

Bütün dünyada lütfkarlığı, xeyirxahlığı və ictimaiyyətə yaxın mövqeyi ilə tanınan və vətəni İngiltərədə xalqın şahzadəsi kimi tanınan Şahzadə Diana ölümündən 26 il sonra da unudulmayıb.

Uelsin keçmiş şahzadəsi Diana bu günlərdə yenidən gündəmdədir. Buna səbəb onun geyimlərinin hərraca çıxarılmasıdır.

Şahzadə Diananın üç paltarı ABŞ-ın Beverli Hills şəhərində hərracda satılacaq. Sentyabrın 6-8-də keçiriləcək hərracda satılacaq libaslardan biri də şahzadə Diananın 1991-ci ildə Londonda keçirilən “Hot Shots” filminin premyerasında geyindiyi paltardır.

Hərrac evi rəsmiləri Diananın geyimlərinin bu gün də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayırlar.

“Diana sehrli qadın idi. O, həm də İngiltərənin gələcək kralının anasıdır, ona görə də alınan əşyaların gələcək dəyərini bilmək vacibdir”, – auksion meneceri Martin Nolan deyib.

Şahzadə Diananın qırmızı paltarının 200 min ilə 300 min dollar arasında alıcı tapacağı təxmin edilir.

Şahzadə Diananın 1986-cı ildə Kanadaya səfəri zamanı geyindiyi yaşıl paltarın 100-200 min dollara satılacağı gözlənilir. Onun ağ-qara paltarının isə 60 min dollardan 80 min dollara alıcı tapacağı təxmin edilir.

Mənbə: Ntv.Tr

Aynur Camal