Şahzadə Diananın paltarı üçün rekord qiymətbackend

1985-ci ildə yol qəzasında dünyasını dəyişən şahzadə Diananın geyindiyi paltar rekord qiymətə satılıb. Paltar 1 milyon 148 min dollara satılıb.

Bütün dünyada zərifliyi, yardımsevərliyi və ictimai mövqeyi ilə tanınan şahzadə Diananın paltarı hərracda satışa çıxarılıb.

 Keçmiş Uels şahzadəsi Diananın 1985-ci ildə geyindiyi gecə paltarı Los-Ancelesdə yerləşən Julien’s Auctions hərrac evi tərəfindən hərracda satılıb.

Hərrac evi bildirib ki, paltar şahzadə Dianaya məxsus hərracda satılan ən bahalı paltardır.

Digər tərəfdən, ötən ilin sentyabrında şahzadə Diananın məşhur qoyun sviteri hərracda 1,14 milyon dollara (30 milyon 721 min lirə) satılıb. Təkliflərin onlayn yerləşdirildiyi hərracda qalibin kimliyi açıqlanmasa da, 15 dəqiqə ərzində 44 təklifin edildiyi bildirilib.

Mənbə: TGRT

Aynur Camal