backend
27 Oktyabr, Royal Garden Hotel-dә şair Vüsal Adıgözәlov,Kәrәm Aydın vә Elvin Bağırovun yaradıcılıq gecәsi keçirilmişdir. 
“Yenigundem” bildirir ki, gecәdә tanınmış imzalar, yazıçılar, şairlәr, ifaçılar, aparıcılar, şou-biznes vә media nümayәndәlәri iştirak vә çıxış etmişdilәr.Tәdbir şairlәrin özü tәrәfindәn tәşkil olunmuşdur.Әsas mәqsәdlәri oxucuları ilә sәmimi bir aurada görüş keçirib, sәnәt adamlarını bir yerә toplayaraq müasir şeiriyyatı, poeziyanı düzgün tәbliğ etmәk, sözә, şeirә olan marağı, diqqәti artırmaqdır.Tәdbir olduqca gözәl, yeni şeirlәrlә, yeni musiqilәrlә, bәstәlәrlә daha da zәngin keçirildi. Bu qәdәr sәnәt adamının sözün әtrafına yığılması olduqca sevindirici vә qürurverici haldır.
Qeyd edək ki, Vüsal Ağaәmi oğlu,1994-cü ildә Bakı şәhәrindә anadan olub.Yaradıcılığına daha ciddi vә mәsuliyyәtlә yanaşması son bir neçә ilә tәsadüf edir.İlk şeir nümunәlәri әruz vәznindә olsa da,şeirlәrinin әksәr hissәsi heca vәznindәdir.Heç bir kitab müәllifi deyil.Oktyabr ayının 27-si şair Kәrәm Aydın vә Elvin Bağırovla ilk yaradıcılıq gecәlәri keçirilmişdir.Nargin.az saytının heyyәtindә tәrcümәçi kimi dә fәaliyyәt göstәrir.

Kərəm Aydin oğlu Əlizadə 27.07.1995-ci ildə Masallı rayonu Təzə Alvadi kəndində doğulub.Valideynlərinin ədəbiyyata olan marağı onun da şeiri,sözü sevməyinə vasitə olub.
Kərəm Əlizadə XəbərAl.az-a bildirir ki, məktəb vaxtlarında kitablara,ədəbiyyata əl-əxsus şeirə olan sevgisi onun yaradıcılığa başlamağına gətirib çıxardı və 2010-ci ilə ilk şeirini yazmağa başladı.Şeirini bitirdikdən sonra içindən keçən qələbəyə bənzər,sözlə ifadəsi mümkün olmayan sevinc hissi keçirdi və bu keçirdiyi hissi yenidən yaşamaq üçün daha ciddi məsğul olmağa,çoxlu mütaliələr etməyə başladığını bildirən Kərəm Əlizadə əlavə etdi ki, 2012-ci ildə Azərbaycan Kooperasiya universtetinin marketinq fakultəsinə daxil oldu və bu onun ədəbiyyatdan az da olsa uzaqlaşmağıma səbəb oldu. Lakin,2016-ci ildə keçirdiyi mənəvi sarsıntılar səbəbindən yenidən qələmə sarıldı: “İndiyə qədər sevilərək oxunan bir neçə şeirimi ərsəyə gətirdim. Artıq 2 ildən çoxdur ki Kərəm Aydın təxəllüsü ilə yazıram.Gələcəkdə məqsədim Ədəbiyyatın ən təmiz,sözün müqəddəsliyini qoruyan,isdedadını və mənliyini heç nəyə satmayan,sevilərək oxunan bir şairi,bir adamı olmaqdır “-deyə Kərəm Əlizadə XəbərAl.az-a bildirib..
Gecədə iştirak edən XəbərAl.az saytının rəhbəri Mirismayıl Xələfli gənc yazarlara işlərində uğurlar və yeni nailiyyətlər arzu edir.

.