Şamaxı rayonunda 18 yaşlı oğlan intihar edib.
“Yeni Gündəm””in verdiyi xəbərə görə, aprelin 26-sı saat 12 radələrində 2002-ci il təvəllüdlü Nurlan Babayev yaşadığı binanın girişində özünü kəndirlə asıb. O, həmin vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilərək kəndirdən çıxarılıb.
N. Babayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilsə də, həyatını xilas etməmümkün olmayıb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Araşdırmalar davam etdirilir.