Samux rayonunda ” Vətən Sərhəddən Başlayır”adlı layihə həyata keçiriləcəkbackend

Samux rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının ev sahibliyi ilə birgə ” Vətən Sərhəddən Başlayır” adlı layihə həyata keçiriləcək.

“Vətəb Sərhəddən Başlayır”Layihəsinin rəhbəri, TGT üzrə fakültə sədri, “BİR” Tələbə- Könüllü Proqramının Gəncə regionu üzrə koordinatoru Nərminə Cəfərova bildirib ki, layihənin keçirilməsində məqsəd müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin xalqa, vətənə , millətə baglılıqlarının artırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərin daha da yaxından iştirakının təmin olunması,onların asudə vaxtlarının səmərəli təşkil edilməsi ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir.Layihə çərçivəsində inşa və rəsm müsabiqələrinin, təlimlərin, seminarların keçirilməsi layihənin əsas məqsədlərindən biridir. Həmçinin gənclər bu cürə təlimlərdən zəngin informasiyalar alacaqlar. Tarix yazan şəhidlərimizin, qəhrəmanlarımızın ölməzliyi qorxmazlığı milli ideologiyaya əsaslanan mənəvi dəyərlərin aşılanması, təbliğ edilməsi, qorunması barədə seminarlar və yarışlar təşkil olunacaq. Müsabiqənin qalibləri mükafatlandırılacaq eyni zamanda yeni biliklər alacaqlar.