Samux rayonunda intihar hadisəsi baş verib.
“Yenigundem”in verdiyi məlumata görə, rayonun Poylu kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Nurəddin Mülayim oğlu yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açaraq intihar edib.
Gəncin hansı səbəbdən özünü öldürdüyü məlum deyil.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.