Keçmiş FTB agenti Rusiyaya qarşı sanksiyaları pozaraq həbs cəzası alıb.
ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş yüksək rütbəli əks-kəşfiyyat zabiti Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 50 ay həbs cəzasına məhkum edilib.
ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş yüksək rütbəli əks-kəşfiyyat zabiti Çarlz Makqoniqal Rusiyaya qarşı sanksiyaları pozmaqda sui-qəsddə ittiham olunaraq mühakimə olunub. Makqoniqal rus oliqarx Oleq Deripaska ilə əməkdaşlıq etdiyinə və Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 50 aylıq həbs cəzasına məhkum edilib.
“Mən cinayət törətdim və keçmiş FTB xüsusi agenti olaraq bu, mənə həddindən artıq emosional və fiziki ağrı verir” – keçmiş agent MakQoniqal məhkəmədə hökm elan olunmazdan əvvəl son çıxışında deyib. O, peşman olduğunu etiraf edib. İşin hakimi Cennifer Rearden “MakQonqialın hərəkətlərinin bu sanksiyaları pozduğunu çox yaxşı bildiyini” ifadə edərək, keçmiş FTB agentinin həbs cəzası səbəbindən fevralın 26-da səlahiyyətlilərə təslim olmaq məcburiyyətində olduğunu bildirib.
Ədliyyə Departamentinin prokurorları, MakQoniqalın avqust ayında sanksiyalar altında rus oliqarxından gizli ödənişləri qəbul etməkdə təqsirli olduğunu etiraf etdikdən sonra ona beş il həbs cəzası istəyib.
FTB agentləri üçün maksimum potensial cəza ABŞ Konqresi tərəfindən müəyyən edilir.
Mənbə: TGRT
Aynur Camal