Şarl Mişel Kiyevdə Zelenski ilə görüşdübackend

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Zelenski özünün “Twitter” səhifəsində paylaşıb.

“Böyük dost Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün Kiyevdədir. Onunla Rusiyaya qarşı sanksiyalar, Ukraynanın müdafiəsi və maliyyə dəstəyi, həmçinin Avropa İttifaqına üzvlüklə bağlı məsələni müzakirə etdik. Mənalı görüşə və xalqımıza qarşı nümayiş etdirdiyi həmrəyliyə görə təşəkkür edirik!” – Zelenski bildirib.