Saxta enerji doldurma kabellərindən ehtiyatlı olunbackend

Reddit-də bir istifadəçinin iPhone 15 Pro Max-ı doldurmaq üçün istifadə etdiyi saxta şarj kabeli şarj zamanı əriyib və telefona birləşdirilib.

iPhone istifadəçiləri bazarda dolaşan saxta şarj kabellərinin yaratdığı risklərə qarşı xəbərdarlıq edilir.

Keyfiyyətsiz və sertifikatsız doldurma aksesuarlarının istifadəsi cihazlarda həddindən artıq istiləşməyə və hətta yanğın təhlükəsinə səbəb ola bilər.

Təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, orijinal olmayan şarj kabelləri iPhone-lara ciddi ziyan vura bilər. Belə məhsullar çox vaxt ucuz materiallardan hazırlanır və Apple-ın təhlükəsizlik standartlarına uyğun gəlmir.

Mütəxəssislər vurğulayırlar ki, saxta məhsullar cihazın həddindən artıq istiləşməsinə, qısaqapanmasına və hətta tam yararsızlığına səbəb ola bilər.

Reddit-də paylaşım edən bir iPhone 15 Pro Max istifadəçisi, telefonunu orijinal olmayan aksesuarla doldurarkən telefonunun və əlinin yandığını izah edib. Telefonun qəfil qızdığı və saxta kabelin qəfil alışdığı qeydə alınıb.

 İstifadəçi “iPhone 15 Pro Max”ı enerji ilə doldurarkən şarj cihazının yandığını və ciddi yanıqlara səbəb olduğunu, kabelin ucu əriyib telefonun portuna birləşdiyini bildirib.

Apple rəsmiləri və texnologiya mütəxəssisləri istifadəçilərə yalnız Apple tərəfindən təsdiqlənmiş sertifikatlaşdırılmış şarj aksesuarlarından istifadə etməyi şiddətlə tövsiyə edir. Bu, həm cihazın təhlükəsizliyi, həm də uzunmüddətli istifadə üçün vacibdir.

Elektron təhlükəsizlik mütəxəssisləri saxta şarj kabellərinin təkcə iPhone deyil, bütün elektron cihazlar üçün ciddi təhlükə olduğunu bildirirlər.

Mənbə: EnSonHaber

Aynur Camal