Şaxtalı soyuqlara baxmayaraq Fələstinə doğru yürüş etdilərbackend

 Norveçdə insanlar şaxtalı soyuqlara baxmayaraq Fələstinə doğru yürüş ediblər.

İsrail ordusunun Qəzzaya hücumları bütün dünyada reaksiyalar cəlb etməkdə davam edir. On minlərlə fələstinlinin öldürüldüyü hücumlara Skandinaviya bölgəsində də etiraz edilib.

Norveçdə toplaşan minlərlə etirazçı İsrail əleyhinə “Fələstini azad edin” şüarları səsləndirdilər.

Əllərində Fələstin bayraqları ilə gedənlər bir ağızdan “Azad Fələstin” qışqırıblar.

Norveçdə yerləşən qeyri-hökumət təşkilatı Norveç Qaçqınlar Şurası (NRC) fələstinlilərin məcburi köçkünlüyünün “beynəlxalq hüququn ciddi şəkildə pozulması” olacağı barədə xəbərdarlıq etmişdi.

Şuradan verilən yazılı açıqlamada deyilir:

 NRC xəbərdarlıq edir ki, İsrailin Qəzzada fələstinliləri deportasiya etmək və daimi olaraq köçürmək cəhdləri beynəlxalq hüququn ciddi şəkildə pozulması və təqib cinayəti olacaqdır.

“Bu, fələstinlilərin Misirə deportasiya olunma ehtimalını artırır”.

Bəyanatda fələstinlilərin hazırda 1948-ci il “Nəkbə” hadisələrinə bənzər bir köçkünlük böhranı ilə üzləşdiyi və bu səbəbdən narahat olduqları ifadə edilərək, aşağıdakı qiymətləndirməyə yer verilib:

İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar mülki insanları daha çox cənub sərhədlərinə doğru sürükləyir və çoxlu sayda fələstinlinin Misirə deportasiya olunma ehtimalını artırır.

Digər tərəfdən, bəyanatda fikirləri yer alan NRC-nin baş katibi Jan Egeland beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərini pisləməyə çağırıb.

Mənbə: EnSonHaber

Aynur Camal