Sayğac oğruları ilk dəfə olaraq 3 illik həbs edildilərbackend

İki nəfər sayğac oğrusuna Bakı şəhəri Xəzər rayonu məhkəməsində hökm oxunub. 

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Nəsimi və Suraxanı rayonu sakinləri – Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlu 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Adları çəkilən şəxslər müxtəlif vaxtlarda 2018-2019-cu illərdə Xəzər rayonunun Qala, Şüvəlan və Türkan qəsəbələrində ayrı-ayrı ünvanlarda vətəndaşlara məxsus fərdi yaşayış evlərinə quraşdırılmış 93 ədəd qaz sayğacını oğurlayıblar.

Məlumatda qeyd olunur ki, bununla Azərbaycan məhkəmə təcrübəsində ilk dəfə olaraq qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edilərək barələrində ittihamedici hökm çıxarılıb.