Seçki bürolarına bombalı hücum: Çoxlu sayda ölübackend

Pakistanın Bəlucistan əyalətinin Pişin bölgəsində siyasi partiyanın seçki bürosunun yaxınlığında törədilən partlayışda 15 nəfər, Camiat Ulema-e-Islam-Fazl (JUI) seçki bürosunun yaxınlığında törədilən hücumda isə 10 nəfər həlak olub.

40 yaralıya tibbi yardım göstərilib. Polis hücumu təsdiqləyərkən ərazini mühasirəyə alıb. Pakistan Seçki Komissiyasından (ECP) edilən açıqlamada, hücumla bağlı səlahiyyətlilərdən hesabat tələb edildiyi açıqlanıb.

Bəlucistan əyalətinin Killa Seyfullah bölgəsində Camiat Ulema-e-Islam-Fazl (JUI-F) Partiyasının seçki bürosunun yaxınlığında baş verən hücumda ən azı 10 nəfər həyatını itirib.

Xəsarət alan 8 nəfərin xəstəxanaya göndərildiyi bildirilib. Polis hücumlarla bağlı araşdırmalara başlayıb.

Mənbə: TGRT

Aynur Camal