Şefdən şabalıdlı piroq reseptibackend

Şabalıd çox zəngin faydalı qida olması hamya məlumdur. O çox gözəl çərəz – “küçə” ləzzətidir. Lakin şabalıd həm də çox “qastronomikdir”.

Mütəxəssis aşbazlar şabalıdın unundan çörək bişirmək və püresindən də müxtəlif desertlər hazırlamaq üçün istifadə edirlər. Çünki sözügedən bu meyvə həmçinin digər qoz-fındıqlara nisbətən daha az yağ ehtiva edir, qidalandırıcı, doyurucu və çox sağlamdır, lakin şabalıdın bəziləri üçün allergen ola biləcəyini nəzərə alınmalıdır.

Xarici restoranlarda ən çox bəyənilən “Şabalıdlı payız tortu” reseptini Lenta.Ru saytı dərc edib. Bunun üçün bizə lazım olacaq:

şabalıd – 300 q;

un – 300 q;

toyuq budu – 3-4 ədəd;

hisə verilmiş kolbasa (ədviyyatlı) – 150 qr;

soğan – 1 ədəd;

isti su – 150 ml;

quru maya – ½ paket;

duz – 1 tsp;

bitki yağı – 4 x. qaşığı.

göyərti (cəfəri, şüyüd);

rəndələnmiş sərt pendir.

Mayanı az miqdarda isti su ilə qarışdırın, bir neçə yemək qaşığı un əlavə edin və xəmir yoğurun, bir müddət isti yerdə buraxın. Daha sonra qalan su və unu, bitki yağı əlavə edin, xəmiri düzgün yoğurun və plyonkanın altında bir qabda qalxmağa qoyun.

İçi üçün soğanı bitki yağında qızılı rəngə qədər qızardın, kənara qoyun. Eyni tavada xırda doğranmış toyuq budunu və kolbasaları dairələrdə qızardın. Qızardılmış soğan, duz, istiot və göyərti əlavə edin.

Kəskin bıçaqla şabalıd üzərində xaç şəklində kəsiklər düzəldin və qaynar suya qoyun, 15-20 dəqiqə bişirin. Bir ələk üzərinə qoyun. İsti olsa da, qabıqları soyun. Bir qarışdırıcı və ya kartof püresi istifadə edərək, bir az qaynadılmış su əlavə edin və püresi halına gətirin. Xəmiri yuvarlayın və bitki yağı ilə yağladıqdan sonra kənarları olan qəlibə qoyun. Xəmirin səthinə şabalıd püresi yayılır və üzərinə toyuq və kolbasa içliyi qoyulur. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin və 190-200°C-yə qədər qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Nuş olsun!

Mənbə: Lenta.Ru

Aynur Camal