Səfir: “France24”ün Araiklə müsahibəsi separatizmi təbliğ edir, sülh səylərinə zərbə vururbackend

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France24“ telekanalının qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla müsahibəsinə münasibət bildirib.

“Yeni Gundem” xəbər verir ki, səfir telekanalın bu addımını qınayıb.

O qeyd edib ki, dünya tərəfindən tanınmayan qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France24“ tərəfindən yayımı separatizmin təbliğinə təkan verir, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur və eyni zamanda, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur.