İsrailin Çindəki səfirliyinin əməkdaşı Pekindəki diplomatik nümayəndəliyin yaxınlığında bıçaqlanıb. Bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, O, oktyabrın 13-ü cümə günü bıçaqla hücuma məruz qalıb. Onun xəstəxanaya aparıldığı, vəziyyətinin stabil olduğu qeyd edilir.
Hadisənin başqa təfərrüatları hələlik verilməyib. Qəzet qeyd edir ki, bundan əvvəl HƏMAS qruplaşmasının rəhbərliyi dünyadakı bütün tərəfdarlarına cümə günü israillilərə və yəhudilərə qarşı hücumlara başlamaq çağırışı ilə müraciət etmişdi. Bu səbəbdən İsrail Milli Təhlükəsizlik Baş İdarəsi və ölkənin Xarici İşlər Nazirliyi xaricdəki həmvətənlərinə müxtəlif nümayiş və etiraz aksiyalarından uzaq durmağı tövsiyə edib.
Mənbə: Lenta.Ru
Aynur Camal