Səhər oyandıqdan dərhal sonra ilk nə etməməli?backend

Həkim oyandıqdan dərhal sonra nə etməməli olduğunu söyləyib.

Bu səhər vərdişi maddələr mübadiləsini yavaşlata və baş ağrılarına səbəb ola bilər.

Bir çox insanlar səhər oyandıqdan sonra xəbərləri oxumaq və ya mesajları yoxlamaq üçün dərhal telefonlarına əl atırlar. Səbəbindən asılı olmayaraq, bu vərdiş yavaş metabolizmdən tutmuş baş ağrılarına qədər sağlamlıq üçün zərərli nəticələrə səbəb ola bilər. Bu barədə “The Mirror” nəşri məlumat verib.

 Naturopatik həkim Jane Bowring izah edib ki, oyandıqdan dərhal sonra telefonunuzdan istifadə etmək dofamin səviyyəsini artıraraq  sinir sistemini həddən artıq stimullaşdırır.

Bourinq xəbərdarlıq etdi ki, telefon metabolizminizə də təsir edə bilər. Söhbət gadgetın elektrik və maqnit sahələrindən (EMF) gedir ki, bu da gərginliklə tənzimlənən kalsium kanalları vasitəsilə hüceyrələrə çoxlu kalsiumun daxil olmasına səbəb olur. Maddələrin balansını qorumaq üçün bədən daha çox maqnezium istehsal etməyə başlayır. Bu, həm gün ərzində enerjinizə, həm də baş ağrılarının görünüşünə təsir edəcək.

Telefonun ekranı həmçinin mavi işıq saçır ki, bu da sirkadiyalı ritmləri poza bilər, sanki beyinə artıq gündüz olduğunu və səhərin keçdiyini bildirir.

Psixoloq Cey Rai də oyandıqdan dərhal sonra smartfondan istifadə etməmək tövsiyəsinə qoşulub. O bildirib ki, insan yuxudan oyananda beyni yuxudan sonra yaranan delta dalğalarından oyanıq yuxuya bənzər vəziyyətdə görünən teta dalğalarına keçir.

Beyin daha sonra rahat vəziyyətdə oyaq olduğunuz zaman baş verən alfa dalğaları yaradır. Səhər ilk iş olaraq telefonunuzu götürsəniz və özünüzü onlayn dünyaya qərq etsəniz, vacib teta və alfa mərhələlərini əldən verəcəksiniz.

Psixoloqun fikrincə, bu yolla beyin çoxlu informasiyanı emal edə bilmir və bu səbəbdən insanda bütün gün ərzində diqqətin yayınması və əsəbilik problemi yaranır.

Mənbə: mail.ru

Aynur Camal