Şəhərdə 4 metrlik albinos piton tapılıbbackend

Banqkokun Huamark səmtindəki yanğınsöndürmə qruplarına dünən küçədə nəhəng pitonun göründüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası və mütəxəssis qrupu tərəfindən qısa müddətdə yaxalanan təxminən 4 metr uzunluğundakı ilanın zəhərsiz və ekzotik növ olan albinos piton olduğu bildirilib.

Komandalar tərəfindən yanğınsöndürmə məntəqəsinə gətirilən və kifayət qədər sakit görünən pitonun əhliləşdirilmiş piton olduğu müəyyən olunaraq sahibinin axtarışına başlanılıb. Yanğınsöndürmə məntəqəsində ilan ölçüsünə uyğun qəfəs tapılmasa da, nəhəng ilan gecəni komandanın otağında keçirib. Sosial şəbəkələrdə yazılanları görən ilan sahibi bu gün səhər yanğınsöndürmə məntəqəsinə gələrək pitonu götürüb.

Dünyanın ən böyük ilan növlərindən biri olan albinos pitonu ümumiyyətlə Afrikada görülən bir növ kimi tanınır. Qəhvəyi və tünd rəngdə olması lazım olan albinos pitonları genetik mutasiya nəticəsində piqmentasiya olmaması səbəbindən ağ və ya sarımtıl olur.

Mənbə: hurriyyət.tr

Aynur Camal