Şəhərdə uçan bayquşlarla necə davranmalı?backend

Rusiyanın Kemerovo qoruğunda saxlanılan bayquşlar qış aylarında qida tapmaqda çətinlik çəkdiyi üçün şəhərə üz tuturlar.

Kemerovo bölgəsindəki Kuznetsky Alatau Təbiət Qoruğu şəhərdə bayquşlarla qarşılaşdıqda nə etməli olduğuna dair cəmiyyətə tövsiyələr verib.

“Bayquşlar qışda asan ov – şəhər quşları, siçovullar axtarmaq üçün şəhərə uçurlar. İlin bu vaxtında meşədə yemək tapmaq daha çətindir”, – ornitoloq Tatyana Surkova deyib.

O qeyd edib ki, bayquşlar insanlardan qorxmur, çünki onlar üçün heç bir təhlükə yoxdur.

“Bir bayquş yalnız zəifləmiş, yaralanmış və yerdə oturmuşsa onu qutuya qoyaraq baytarlara və ya canlı təbiətin bərpası mərkəzlərinə aparmalıyıq” – deyə tövsiyə edib.

Mənbə: mail.ru

Aynur Camal