Şəhid Tural Məmmədovun xatirəsinə bulaq kompleksi açıldıbackend

Bu gün Vətən müharibəsi şəhidi Tural Taryel oğlu Məmmədovun doğum günü onun xatirəsinə yaradılan bulaq kompleksinin açılışı ilə anılıb.

“Yeni Gündəm” xəbər verir ki, abidə kompleksi Digah qəsəbəsində Mehdiabad-Digah yolu üzərində qurulub.

Tural Məmmədov 2020-ci ildə könüllü olaraq səfərbərlik siyahısına yazılıb və Vətən müharibəsinə gedib. Füzuli rayonundan döyüşlərə başlayıb, Daşaltında, Şuşanın alınmasında rəşadətlə vuruşub, noyabrın 9-dan 10-a keçən gecə Şuşada şəhid olub. Döyüş yoldaşları onun cəsarəti və qorxmazlığı hamını heyran etdiyini söyləyir.

Tural Məmmədov Xırdalan Şəhidlər Xiyabanında dəfn olunub.

“Vətən uğrunda “, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Tural Məmmədov 5 dekabr 1999-cu ildə Daşkəsən rayonu Quşçu kəndində anadan olub. Atası Məmmədov Taryel Novruz oglu Göycə mahalının Kəsəmən kəndindən, anası Həsənova Könül Nəriman qızı Göycə mahalının Cil kəndindəndir. 1988-ci ildə ata-baba yurdlarını tərk etməyə məcbur olublar.

Tural 2006-cı ildə Rəsulzadə qəsəbəsindəki 99 nömrəli məktəbdə təhsil almaga başlayıb. Üstün zəkası ilə seçilib, əla qiymətlərlə oxuyub, yaxşı rəsmlər çəkməyi ilə tanınıb. 2015-ci ildə C.Naxçivanski adına Hərbi Liseyə daxil olub,lakin səhhəti ilə bağlı təhsilini davam etdirə bilməyib.Mehdiabad qəsəbəsi 1 sayli tam orta məktəbdə təhsilini davam etdirib.

2018-ci il yanvardan 2019-cu ilin iyuluna qədər hərbi xidmətdə olub . Vətən müharibəsinə isə könüllü qatılıb.