Şəhid Xudayarın ailəsində ağır itkibackend

Vətən müharibəsi şəhidi Xudayarın babası Şimşad Şikar oğlu Məmmədov vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat verib:

“”Xudayarı hər gün yuxuda görürəm”, deyirdi Şimşad baba… Onun yoxluğu ilə barışa bilmirdi. Deyirdi “Elə hey məni çağırır, baba, sənin üçün darıxıram, gəl gedək Şuşaya… Məni tək qoyma…” Bu dəqiqə Xudayar babasına qovuşdu. Nəvəsi üçün çox darıxan Şimşad baba nəvəsinə qovuşdu. İndi onların hər ikisinin ruhu birlikdə Vətən göylərindən boylanır. Yeri behişt olsun, Şimşad babanın”.