Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir: Nazir Hətəmovbackend

1990-cı il 20 Yanvarı eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Həmin gün törədilən dəhşətli qırğın xalqımız azadlıq əzmini sındırmadı, əksinə, Azərbaycan xalqı haqq səsini daha ucadan bəyan etdi. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

31 ildir ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgaha çevrilib. 1990-cı ilin yanvar hadisələri zamanı həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər birimiz üçün əzizdir. Hər il bu tarixdə Şəhidlər xiyabanında böyük izdiham yaşanır.

Yanvarın 20-də Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmov və  “Yeni Gündəm”in baş redaktoru Təbriz Məhərrəmoğlu, Rusiyada yaşayan diasporanın fəxri üzvi Xəyyam Abbasov və digərləri ilə birlikdə Şəhidlər xiyabanına və 2-ci fəxri xiyabana gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildirdilər.

Şəhidlərin xatirəsi  yad edildi, məzarları önünə tər qərənfillər düzüldü.Nazir Hətəmov qeyd etdi ki,vətənin azadlığını hər şeydən uca tutaraq canlarından keçən 20 Yanvar faciəsinin qurbanlarını hansı ölkədə olmağımıza baxmayaraq hər il yad edəcəyik.

Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq!